EN

Zaxarova Simonyana CAVAB VERDİ: “Bu təhqirlər bir parlament sədrinin imicinə sığmır” - VİDEO

“Ermənistan parlamentinin sədri Alen Simonyanın geri döndüyü ritorika təəssüf doğurur. Bütün bu hücumlar və təhqirlər hətta parlament sədrinin imicinə də sığmır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi həftəlik brifinqdə deyib.
 

“Simonyanın səsləndirdiyi, Moskvanın “hibrid müharibə” ilə ittiham edilməsi çaşqınlıq yaradan aqressiv ifadələrin növbəti mərhələsidir. Burada keçirilən tədbirlərdə Ermənistan rəhbərliyi iştirak edəcəksə, hansı hibrid müharibədən danışmaq olar?


Rusiya Federasiyası ilə Ermənistan ən yüksək səviyyədə və Xarici İşlər Nazirliyinin xətti ilə müntəzəm kontaktlar qurur.

Orada mənə elə gəlir ki, sizin qeyd etdiyiniz Ermənistan parlamenti sədrinin mövqeyi isə buna uyğun gəlmir”.


Bizim.Media

Chosen
0
7
bizim.media

5Sources