EN

Güclü yağışa görə bu yolda problem yarandı

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

 

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.

Chosen
0
29
modern.az

10Sources