Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.
NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.