Güclü yağan leysan yağışları Bakı-Şamaxı-Yevlax yolunda fəsadlar yaradıb.
APA-nin Şirvan bürosuna DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, güclü yağış səbəbindən gələn sel yolun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.
Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.