Bakı. Trend:
Mayın 6-da Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyətgöstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər HeydərƏliyevin 102-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə MilliMüdafiə Universitetləri (MMU) arasında "Təlim-Tədris ProsesininTəkmilləşdirilməsi üzrə Yüksək Dialoq" tədbiri keçirilib.
Müdafiə Nazirlitindən Trend-ə bildirilib ki, tədbirdə hər iki ölkənin MMUrektorları, baş idarə, idarə rəisləri, təhsil müəssisələrininrəhbərləri, zabitlər və professor-müəllim heyəti iştirakediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevininstitutun ərazisində ucaldılmış abidəsi və şəhidlərin memorialkompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Heydər Əliyev adına Hərbi İnstitutun klubunda davam edəntədbirin rəsmi hissəsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və həriki ölkənin suverenliyi və azadlığı uğrunda canından keçənşəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbiorkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni vəTürkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan Milli Müdafiə Universitetininrektoru general-mayor Gündüz Əbdülov tədbir iştirakçılarınısalamlayıb, Azərbaycan-Türkiyə MMU-ları arasında hərbi təhsilsahəsində Yüksək Dialoq tədbirinin keçirilməsini əlamətdar hadisəadlandırıb və bu gün qardaş Türkiyə heyətinin bu tədbirdəiştirakını Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb TayyibƏrdoğanın iki strateji tərəfdaş dövlətin inkişafı istiqamətindəmüəyyənləşdirdiyi siyasətin, strateji müttəfiqlik münasibətlərininhərbi təhsil sahəsində təzahürü olduğunu xüsusi vurğulayıb.
Hərbi qulluqçuların, xüsusilə də zabitlərin hazırlığının aktualməsələlərini müzakirə etmək üçün təhsil müəssisələri və qoşunnövlərini bir araya gətirən bu yanaşmanın Türkiyə təcrübəsiəsasında Azərbaycan Ordusunda ilk dəfə tətbiq olunduğunu qeyd edəngeneral-mayor G.Əbdülov, son illərdə keçirilən görüşlərin, təşkilolunan tədbirlərin hər iki qardaş ölkə üçün hərbi təhsil sahəsindəöz səmərəliliyi ilə seçildiyini qeyd edib.
Daha sonra çıxış edən Türkiyə Milli Müdafiə Universitetininrektoru professor Erhan Afyoncu Azərbaycan və Türkiyənin uzunillərdir davam etdirdiyi və bu gün dövrünün ən pik çağlarınıyaşayan əməkdaşlığın müəyyən hissəsi olan hərbi təhsil sahəsindəəldə olunan innovativ yeniliklərin tətbiqini iki ölkə arasındakıqardaşlıq bağlarının, sarsılmaz əlaqələrin göstəricisi olduğunuqeyd edib.
Sonda tədris prosesinin təkmilləşdirilməsi üzrə işçi qruplartərəfindən plana uyğun fəaliyyətlər icra olunub.