EN

Bütün Avropa bizimlə müharibədədir - Lavrov

“Hazırda demək olar ki, nasist bayraqları altında silahlanmağa çağırılan bütün Avropa bizimlə döyüşür”.

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Rusiyanın nasist birliklərinə qarşı döyüşdüyünü qeyd edib:

“Bəzi qüvvələr məşəl yürüşü təşkil edən Ukrayna prezidenti Vladimir Zelenskinin anti-Rusiya, irqçi rejiminə dəstək verir. Onun döyüşə göndərdiyi əsgərlər qollarına nasist birliklərinin simvollarını taxıb, nasist bayraqları altında bizə qarşı birləşiblər”.

Lavrov sözügedən qoşunların keçmişdə olduğu kimi Rusiyaya strateji məğlubiyyət yaşatmaq üçün səy göstərdiyini və keçmişdən alınan diplomatik dərslərin unudulmamasının lazım olduğunu bildirib./Publika.az


Chosen
0
4
news24.az

5Sources