AZ

Lavrov: Demək olar ki, bütün Avropa bizimlə müharibədədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov paytaxt Moskvada Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilən tədbirdə danışıb.

Bakıvaxtı.az bu barədə rus mediasına istinadən xəbər verir. 

Rusiyanın nasist birliklərinə qarşı döyüşdüyünü izah edən Lavrov bildirib: 

“Bəzi qüvvələr məşəl yürüşü təşkil edən Ukrayna prezidenti Vladimir Zelenskinin anti-Rusiya, irqçi rejiminə dəstək verərkən, onun döyüşə göndərdiyi əsgərlər qollarına nasist birliklərinin yamaqlarını taxıb, nasistlərin altında birləşiblər”. 

Lavrov sözügedən qoşunların keçmişdə olduğu kimi Rusiyaya strateji məğlubiyyət vermək üçün səy göstərdiyini və keçmişdən alınan diplomatik dərslərin unudulmaması lazım olduğunu bildirib. 

Əli Hüseynov

Seçilən
0
4
bakivaxti.az

5Mənbələr