EN

Lavrov: Demək olar ki, bütün Avropa bizimlə müharibədədir

“Demək olar ki, bütün Avropa indi bizimlə müharibədədir".

Turkustan.az xəbər verir ki, bunu Lavrov paytaxt Moskvada Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilən tədbirdə deyib.

Rusiyanın nasist birliklərinə qarşı döyüşdüyünü izah edən Lavrov: “Bəzi qüvvələr məşəl yürüşü təşkil edən Ukrayna prezidenti Vladimir Zelenskinin anti-Rusiya, irqçi rejiminə dəstək verərkən, onun döyüşə göndərdiyi əsgərlər qollarına nasist birliklərinin yamaqlarını taxıb, nasistlərin altında birləşiblər” -deyə, bildirib.

O, sözügedən qoşunların keçmişdə olduğu kimi Rusiyaya strateji məğlubiyyət vermək üçün səy göstərdiyini və keçmişdən alınan diplomatik dərslərin unudulmaması lazım olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
4
turkustan.az

5Sources