EN

Kağız parçasından fərqlənməyən diplomlar - Bu universitetləri seçməyin! - SİYAHI

Xaricdə təhsilə almaq üçün sənəd qəbulu mövsümü açılıb. “Xaricdə təhsil şirkətləri” ilin ən gözəl çağlarını məhz indi yaşayırlar. Təsadüfi deyil, çoxlarının arzusudur xarici ölkələrdən birinin diplomunu almaq.

Bəs sonrası? Diplom öz funksiyasını təmin etməyincə, kağız parçasından fərqlənmir. Elə isə özümüzü oda, suya atmağa dəyərmi?

Gundem.az həm canımızın, həm pulumuzun hədər olmaması üçün diplomları Azərbaycanda tanınmayan universitetlərin siyahısını təqdim edir.

Bu siyahı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ən son düzəlişlərinə əsasən hazırlanıb:

Beynəlxalq Atlantik Universiteti 

Beynəlxalq Xristian Universiteti

Middlesex Universiteti 

Beynəlxalq Praqa Universiteti 

EICAR - Paris Beynəlxalq Film və Televiziya Məktəbi 

Vatel Otel və Turizm Biznes Məktəbi 

Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti

Laqodexi Elm-Təhsil İnstitutu 

Beynəlxalq Ekologiya və Tibb Akademiyası

Avqustin Voloşin adına Karpat Universiteti

Avropa Universiteti 

"KROK” İqtisadiyyat və Hüquq Universiteti 

Regionlararası Heyətin İdarəolunması Akademiyası 

EADA Biznes Məktəbi 

Barselona Qlobal Biznes Məktəbi 

Avropa Universiteti Biznes Məktəbi 

Marbella Beynəlxalq Universiteti 

Harbour Space Universiteti 

Roma Biznes Məktəbi 

Maranqoni İnstitutu

Beynəlxalq Humanitar-Texniki Akademiya

Nijeqorod Menecment və Biznes İnstitutu

Şərqi Avropa Psixoanaliz İnstitutu

Sosial-Humanitar Təhsil və Xidmət İnstitutu

Dünya İqtisadiyyatı İnstitutu 

Moskva Humanitar-İqtisad İnstitutu

İsveçrədə Amerika Tətbiqi Elmlər İnstitutu (İsveçrə Amerika Universiteti) 

İsveçrə Ali Təhsil Məktəbi 

Avropa Universiteti Biznes Məktəbi (Avropa Universiteti)

Cenevrə Biznes Məktəbi 

Cenevrə Beynəlxalq Universiteti

Biznes və Hotel Menecmenti Məktəbi (Business Hotel Management School)

Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti 

İsveçrə Montre Biznes Məktəbi 

Biznes və Beynəlxalq Münasibətlər Universiteti 

Glion Ali Təhsil Universiteti 

Vebster Universiteti

Beynəlxalq Biznes İnstitutu 

UniMan Beynəlxalq İdarəetmə və Performans Akademiyası 

Biznes, İnnovasiya və Davamlılıq Universiteti 

Florensiya Dizayn Beynəlxalq İnstitutu

SAE Yaradıcı Media İnstitutu

Chosen
0
1
gundem.az

2Sources