Xaricdə təhsilə almaq üçün sənəd qəbulu mövsümü açılıb. “Xaricdə təhsil şirkətləri” ilin ən gözəl çağlarını məhz indi yaşayırlar. Təsadüfi deyil, çoxlarının arzusudur xarici ölkələrdən birinin diplomunu almaq.
Bəs sonrası? Diplom öz funksiyasını təmin etməyincə, kağız parçasından fərqlənmir. Elə isə özümüzü oda, suya atmağa dəyərmi?
Lent.az həm canımızın, həm pulumuzun hədər olmaması üçün diplomları Azərbaycanda tanınmayan universitetlərin siyahısını təqdim edir.
Bu siyahı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ən son düzəlişlərinə əsasən hazırlanıb:
- Beynəlxalq Atlantik Universiteti
- Beynəlxalq Xristian Universiteti
- Middlesex Universiteti
- Beynəlxalq Praqa Universiteti
- EICAR – Paris Beynəlxalq Film və Televiziya Məktəbi
- Vatel Otel və Turizm Biznes Məktəbi
- Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti
- Laqodexi Elm-Təhsil İnstitutu
- Beynəlxalq Ekologiya və Tibb Akademiyası
- Avqustin Voloşin adına Karpat Universiteti
- Avropa Universiteti
- “KROK” İqtisadiyyat və Hüquq Universiteti
- Regionlararası Heyətin İdarəolunması Akademiyası
- EADA Biznes Məktəbi
- Barselona Qlobal Biznes Məktəbi
- Avropa Universiteti Biznes Məktəbi
- Marbella Beynəlxalq Universiteti
- Harbour Space Universiteti
- Roma Biznes Məktəbi
- Maranqoni İnstitutu
- Beynəlxalq Humanitar-Texniki Akademiya
- Nijeqorod Menecment və Biznes İnstitutu
- Şərqi Avropa Psixoanaliz İnstitutu
- Sosial-Humanitar Təhsil və Xidmət İnstitutu
- Dünya İqtisadiyyatı İnstitutu
- Moskva Humanitar-İqtisad İnstitutu
- İsveçrədə Amerika Tətbiqi Elmlər İnstitutu (İsveçrə Amerika Universiteti)
- İsveçrə Ali Təhsil Məktəbi
- Avropa Universiteti Biznes Məktəbi (Avropa Universiteti)
- Cenevrə Biznes Məktəbi
- Cenevrə Beynəlxalq Universiteti
- Biznes və Hotel Menecmenti Məktəbi (Business & Hotel Management School)
- Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti
- İsveçrə Montre Biznes Məktəbi
- Biznes və Beynəlxalq Münasibətlər Universiteti
- Glion Ali Təhsil Universiteti
- Vebster Universiteti
- Beynəlxalq Biznes İnstitutu
- UniMan Beynəlxalq İdarəetmə və Performans Akademiyası
- Biznes, İnnovasiya və Davamlılıq Universiteti
- Florensiya Dizayn Beynəlxalq İnstitutu
- SAE Yaradıcı Media İnstitutu