EN

Onların partiyalarına verilən dövlət vəsaiti kəsildi


Azərbaycan Xalq Partiyasına (AXP) dövlət tərəfindən ayrılan maliyyə vəsaiti kəsilib.
Yeniavaz.com
xəbər verir ki, bunu “Qaynarinfo”ya partiyanın sədri Pənah Hüseyn deyib.
Sədr bunun səbəbini təqdim edilən maliyyə hesabatında müəyyən uyğunsuzluqların olması ilə əsaslandırıldığını bildirib:
“Biz onsuz da həmişə maliyyəsiz olmuşuq. 3-5 ay maliyyə almaqla bir şey dəyişməyib. Ayda hardasa bir neçə yüz manatdan söhbət gedir. Sözün düzü, onun da baş ağrısı faydasından daha çoxdur”.
AĞ Partiyaya sözçüsü Cavanşir Abbaslı bildirib ki, onlara ayrılan dövlət vəsaiti də dayandırılıb.
Abbaslının sözlərinə görə, buna səbəb yeni qanunda olan çətinliklərdir:
“Uyğunlaşma ilə bağlı bütün partiyalarda problem yaranıb. Gələn il yenidən yeni qanuna uyğun bütün prosedurları düzgün yerinə yetirməliyik, təqdimatı da düzgün verməliyik”.
Chosen
0
9
yeniavaz.com

10Sources