EN

Suraxanıda Ulu Öndərə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Mayın 6-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin "Milli Dövlətçilik və Konstitusiya: Məktəblilərlə Strateji Dialoq" adlı layihə çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda gənclərlə silsilə xarakterli növbəti görüşü keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə RİHB-nin müavinləri, Qaraçuxur qəsəbəsi üzrə 282,285,290,318 nömrəli tam orta məktəblərinin və S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktorları, müəllim heyəti, yuxarı sinif şagirdləri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan görüşdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı videoçarx nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, artıq ənənə halını almış gənclərlə təşkil olunan görüşlər onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, ictimai proseslərə fəal qoşularaq Azərbaycanın uğurlu gələcəyinə böyük töhfə vermək məqsədi daşıyır.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ərəfəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda təşkil olunan tədbirdə  Adil Əliyev öz həyatını doğma xalqına həsr etmiş dahi şəxsiyyətin müstəsna xidmətləri haqqında ətraflı məlumat verib.

RİH başçısı bildirib ki, bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız özünün yeni inkişaf tarixinə qədəm qoyub, indi dövlət suverenliyimiz tamdır, ərazilərimiz bütövdür, sərhədlərimiz isə toxunulmazdır. Dövlətimiz öz müstəqilliyini möhkəmləndirmək və dünyada mövqeyini daha da rəşadətlə qorumaq istiqamətində əlindən gələni əsirgəmir.

Tədbirdə Adil Əliyev gənclərin müxtəlif məsələlərlə bağlı suallarını ətraflı cavablandırıb, eləcə də gənclərin hər birinə hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.

Chosen
0
50
unikal.az

10Sources