EN

Britaniya müharibə planı hazırlayır

Böyük Britaniya düşmən dövlətin hücumundan ehtiyat edərək, müharibə zamanı fövqəladə hallar planının yenilənmiş variantını hazırlayır. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.

 

Məlumata görə, “milli müdafiə planı” Böyük Britaniyaya qarşı iddia edilən təcavüzdən sonrakı ilk günlərdə hərəkətlərin ardıcıllığını müəyyən edəcək. 

 

Məqalədə deyilir ki, gizli sənəd hökumətin müharibə elanına necə reaksiya verəcəyini, o cümlədən kabinet nazirlərini və kral ailəsini qorumaq üçün bunkerlər, ictimai xidmət yayımı və resursların yığılması kimi mövzuları əhatə edəcək. Heç vaxt ictimaiyyətə açıqlana bilməyən plana həm adi, həm də nüvə raketlərindən istifadə etməklə Böyük Britaniyaya hücum da daxil olmaqla, bir neçə ssenari daxildir. Həmçinin, ilk dəfə olaraq kibermüharibə ssenarisi təhlil ediləcək. Nəşrin yazdığına görə, 2005-ci ildə hazırkı plan hazırlanarkən o, ciddi təhlükə hesab edilmirdi.

 

Eyni zamanda, “The Daily Telegraph” dəfələrlə qeyd edib ki, bu planın hazırlanmasının əsas səbəbi Rusiya tərəfindən ehtimal edilən mövcud hücum təhlükəsidir.

 

Firuzə Əliyeva
Sfera.az

 

Chosen
0
3
sfera.az

4Sources