Naxçıvanda qısqanclıq zəmnində ər arvadını bıçaqlayıb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhəri 54-cü məhəllədə qeydə alınıb.
Belə ki, Naxçıvan şəhər sakini, 1992-ci il təvəllüdlü Zeynibəyli Tural Abbas oğlu qısqanclıq zəmnində həyat yoldaşı Zeynibəyli Validə Vahid qızını bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.