EN

Vatikanda yeni papa seçimi üçün Konklav başlayır

Katolik Kilsəsinin yeni ruhani liderinin müəyyənləşdirilməsi üçün sabah Vatikanda Konklav mərasimi başlayacaq.

Far.Az sondakika-ya istinadən xəbər verir ki, kilsə tarixində 267-ci dəfə keçiriləcək bu prosesə yaşı 80-dən aşağı olan və səsvermə hüququ olan 133 kardinal qatılacaq.

Səhər ibadətindən sonra Sistina Şapelində keçiriləcək ilk iclasda kardinallar and içərək Konklavın qapalı mühitinə daxil olacaqlar. Seçimlərə İtaliyalı kardinal Pietro Parolin rəhbərlik edəcək.

Hər gün dörd səsvermə nəzərdə tutulur – iki dəfə səhər, iki dəfə günortadan sonra. Seçim nəticə vermədikdə, səsvermələr "yandırılaraq" kapellanın (məbəd) bacasından "qara tüstü" buraxılır. Yeni papa seçildikdə isə "tüstü" vasitəsilə bu xəbər dünyaya elan olunur. Papa seçilən şəxs bu qərarı qəbul etdikdən sonra xüsusi geyim otağında papa libasını geyinir və bir saat ərzində Müqəddəs Pyotr Bazilikasının eyvanından xalqa tanıdılır. Yeni papanın adını isə Fransız kardinal Domenik Mamberti "Habemus Papam!" ("Bir papamız var!") sözləri ilə elan edəcək.

Chosen
0
far.az

1Sources