Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Ulusal.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, liderlər praktiki əməkdaşlığın və xarici siyasət koordinasiyasının gücləndirilməsi istiqamətində birgə işi aktivləşdirmək barədə razılığa gəliblər.
“Mövcud beynəlxalq və regional məsələlər, o cümlədən Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında İranın nüvə proqramı üzrə danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparılıb”, – Kremlin bəyanatında deyilir.
Tərəflər Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi əsasında Rusiya-İran əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini də müzakirə ediblər.