EN

Azərbaycanla AİİB "yaşıl" enerji və nəqliyyat əlaqəliliyi sahəsində yeni layihələr üzərində işləyirlər - Konstantin Limitovski (ÖZƏL)

Milan.Trend:

Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB)“yaşıl” enerji və nəqliyyat əlaqəliliyi sahəsi ilə bağlı yenilayihələr üzərində işləyir.

Bunu Trend-inMilana ezam olunmuş xüsusi müxbirinə AIIB-nin investisiyalar üzrəbaş direktoru Konstantin Limitovski Asiya İnkişaf Bankının Milandakeçirilən İllik İclasında bildirib.

“Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində güclüpotensiala malikdir. Ölkənin həm günəş, həm də külək enerjisibaxımından yaxşı resursları var. Biz bu potensialın regiondainkişaf etdirilən enerji layihələri çərçivəsində fəal şəkildəistifadə olunması üçün hökumət və özəl sektorla əməkdaşlıqedirik.

Yavaş başlasaq da, inamla addımlayırıq: biz “Masdar” şirkəti iləbirlikdə külək enerjisi layihəsini maliyyələşdirmişik və gələcəkdəhəm günəş, həm də külək enerjisi sahəsində özəl sektorda daha birneçə layihənin həyata keçirilməsini planlaşdırırıq”, - deyəLimitovski vurğulayıb.

Onun sözlərinə görə, tərəflər bir sıra yeni layihələrhazırlayırlar və Energetika Nazirliyi ilə birlikdə nəqliyyatəlaqəliliyi sahəsində texniki potensialın yaradılması üzərindəişləyirlər.

“Azərbaycan tərəfindən təqdim olunan iki layihə bizim tərəfdaşinstitutumuz – İnkişafın Maliyyələşdirilməsi üzrə ÇoxtərəfliƏməkdaşlıq Mərkəzi (MCDF) vasitəsilə həyata keçirilir. Söhbətsahilyanı infrastruktur, o cümlədən, bərpa olunan energetikasahəsində texniki-iqtisadi əsaslandırmaların hazırlanmasındangedir”, – deyə o qeyd edib.

Limitovski bildirib ki, AIIB regionda əlaqəliliyin inkişafındaböyük potensial görür.

“Biz hökumətlə birlikdə Bakı Dəniz Ticarət Limanının inkişafınınikinci mərhələsi üzərində işləyirik. Düşünürük ki, artan tələbatıgələcəkdə qarşılamaq məqsədilə indi genişlənmək üçün əlverişlizamandır”, - deyə o əlavə edib.

Məqalədə:
Chosen
0
1
az.trend.az

2Sources