EN

İstanbulun Atatürk hava limanının terminal binaları texnopark elan edilib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə bu gün“Rəsmi Qəzetdə” dərc olunan qərarla İstanbulun Atatürk havalimanının terminal binaları texnopark elan edilib.

Trend xəbərverir ki, Türkiyənin texnologiya və innovasiya mərkəzi olan“Bilişim Vadisi”nin bazasında qurulan texnopark artıq “Terminalİstanbul” markası ilə dünyanın ən böyük texnologiya sahibkarlığımərkəzi kimi fəaliyyət göstərəcək.

Bununla bağlı açıqlama verən Türkiyənin sənaye və texnologiyanaziri Mehmet Fatih Kacır mərkəzdə minlərlə texnologiya startapınınyaranacağını, inkişaf etdirilərək investorlara təqdim olunacağınıbildirib.

Nazir qeyd edib ki, İstanbul dövlət və özəl sektordan olançoxsaylı qurumların səyi ilə qlobal səviyyədə sahibkarlıq mərkəzinəçevriləcək. Bu nəhəng mərkəzdə qurulacaq elm mərkəzi, proqramtəminatı, süni intellekt məktəbi, texnologiya emalatxanaları iləmüxtəlif yaş qruplarını qəbul edəcək.

Chosen
0
3
az.trend.az

4Sources