EN

Məşhur reper həbs edildi

Türk rep musiqisinin diqqətəlayiq adlarından olan Lvbel C5 (Süleyman Burak Bodur) mahnı sözlərində maddə istifadəsini təşviq etdiyi üçün saxlanıldıqdan sonra həbs edilib. 

News24.az xəbər verir ki, “Qalatasaray”ın mümkün çempionluq şənliklərində çıxış edəcəyi ilə bağlı söz-söhbətlər yayılan gənc sənətçinin məhkəmə prosesinə cəlb olunması musiqi və idman dünyasında geniş əks-səda doğurub.

Əldə edilən məlumata görə, Bodur dünən axşam saatlarında Gebze Rayon Polis Şöbəsinə çağırılıb. İfadəsi alındıqdan sonra ədliyyəyə sövq edilən repçi Gebze Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilərək Kandıra Həbsxanasına göndərilib.

Günel Məlikzadə


Chosen
0
news24.az

1Sources