EN

AzTU-nun iki komandası “Robotex Azərbaycan – Avrasiya Çempionatı”nda birinci olub

Azərbaycan Texniki Universitetinin (AzTU) iki komandası “Robotex Azərbaycan - Avrasiya Çempionatı” müsabiqəsinin qalibləri olub.Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, ümumilikdə Azərbaycanın fərqli təhsil müəssisələrindən 187 komanda, 845 şagird və tələbənin təmsil olunduğu yarışmada iştirakçılar 21 fərqli kateqoriya üzrə yarışıblar.

Maşınqayırma və robototexnika fakültəsinin 1-ci kurs tələbələri Anabacı Əmiraslanova, Nasir Məlikov və SABAH qruplarının 3-cü kurs tələbəsi Əliyoldaş Əmiraslanlının iştirak etdiyi komanda qlobal problemin həllinə fokuslanmış "CO2toD Project" layihəsi ilə “Green Entrepreneurship University” kateqoriyası üzrə 1-ci yerə layiq görülüb. Müsabiqədə tələbələrin mentoru Elektrotexnika kafedrasının müəllimi Şamxal Əliyev olub.  

Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının baş müəllimi Türkanə Qəhrəmanlının mentorluğu ilə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbələri Yusif Əliyev, İlahə İsmayılzadə və sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə doktorantı Xumarə Qəhrəmanlıdan ibarət digər komanda isə “SoftTech Entrepreneurship” kateqoriyası üzrə 1-ci yeri qazanıb. 

Hər iki qalib komanda iyunda Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Böyük finala vəsiqə qazanıb.

 

 

 

 

 

Chosen
0
tehsil.biz

1Sources