EN

Netflix in 11 yaşlı uşaq aktrisası vəfat etdi

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Braziliyalı uşaq aktrisa Millena Brandao vəfat edib.

Axşam.az xəbər verir ki, aktrisa 11 yaşında 13 dəfə ürək tutması keçirtdikdən sonra dünyasını dəyişib.

"Netflix" layihələrində rol alan Millena bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Onun ölüm səbəbi açıqlanmayıb.

Aktrisanın anası bildirib ki, aprelin 24-dən qızında şiddətli baş ağrıları, ayaq ağrıları, yuxululuq və iştahsızlıq müşahidə olunmağa başlayıb. Bir müddət sonra Brandao evindəki vanna otağında huşunu itirib və daha sonra xəstəxanaya aparılıb.

"O, getdikcə pisləşirdi, gündə iki-üç dəfə ürəyi dayanırdı. Ümumilikdə 13 dəfə ürəyi dayanıb. Əvvəllər heç vaxt belə bir şey olmamışdı. Həkimlər sonda Millenanın beyin ölümü keçirdiyini söylədilər" deyə, uşaq aktrisanın anası deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
icma.az

1Sources