EN

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır


Birləşmiş Millətlər Təşkilatının Qaçqınların üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır.

Bu barədə BMT QAKdan KİV-ə verilən məlumata görə, bu haqda nümayəndəliyə Azərbaycan hökumətindən rəsmi bildiriş daxil olub.

“Birləşmiş Millətlər Təşkilatının Sistemi Azərbaycan hökuməti və xalqı ilə 33 illik tərəfdaşlığı yüksək qiymətləndirir. Bu müddət ərzində BMT inkişaf sahəsində əsas hədəflərə çatmaqda Azərbaycana dəstək göstərib.

BMT olaraq səylərimizin bundan sonra da milli prioritetlərə uyğun gəlməsi və 2030-cu ilə qədər olan dövr ərzində dayanıqlı inkişafla bağlı Gündəliyinin həyata keçirilməsinə vasitəçilik etməsi üçün Azərbaycan hökuməti, eləcə də digər üzv-dövlətlərlə aktiv dialoqu davam etdirir”, - BMT QAK nümayəndəsi bildirib.

Qeyd edək ki, mayın 2-də BMT-nin İnkişaf Proqramı (BMT İP) da Azərbaycandakı ofisinin bağlanmasını təsdiqləyib.

ZÜMRÜD

Chosen
0
baki-xeber.com

1Sources