EN

“Rus rublu kəskin ucuzlaşacaq” Rusiyalı milyarder həyəcan təbili çalır

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dollar yaxın vaxtlarda neftin ucuzlaşması səbəbindən 125 rubla kimi bahalaşa bilər. “AzPolitika” xəbər ki, bunu tanınmış rusiyalı milyarder Oleq Deripaska bildirib.

"Neftin barreli 45 dollara doğru düşür. Bu o deməkdir ki, məzənnə 1 dollar üçün 115-125 rubla yüksələcək”, - deyə milyarder öz “teleqram” kanalında yazıb.

Deripaska “Financial Times”-da Brent markalı neftin qiymətinin bir barrel üçün 59 dollardan aşağı düşməsindən bəhs edən yazının linkini öz paylaşımına əlavə edib.

Qey edək ki, neftin qiyməti səkkiz OPEC+ ölkəsinin mayın 5-də neft hasilatı hədəflərini 3 dəfə artırmaq planlarını elan etməsindən sonra enməyə başlayıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın 211 ölkəyə 10-50% tariflər tətbiq etməsi nəticəsində neft qiymətləri təxminən 20% enib. Bu fonda Rusiya Maliyyə Nazirliyi enerji resurslarının satışından büdcəyə daxilolmalar planını 8,32 trilyon rubla qədər azaldıb.

Gözlənilən büdcə kəsirinin təxminləri də üç dəfədən çox artırılaraq 1,17 trilyon rubldan 3,79 trilyon rubla və ya proqnozlaşdırılan ÜDM-in 1,7%-nəçatdırılıb. İtirilmiş gəlirin bir hissəsini ödəmək üçün hakimiyyət Milli Rifah Fondundan (NWF) 806 milyard rubl məbləğində valyuta satmaq qərarına gəlib. Əgər Rusiya neftinin qiyməti hökumətin yenilənmiş makroiqtisadi proqnozunda nəzərdə tutulduğu kimi, bir barel üçün 48,8 dollardan aşağı düşərsə, o zaman Milli Rifah Fondundan xərclər daha çox ola bilər.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
icma.az

1Sources