İngiltərədə keçirilən motosiklet yarışı üzrə Britaniya Supersport Çempionatında iki idmançı ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qəzada 21 yaşlı Ouen Cenner və 29 yaşlı Şeyn Riçardson həyatını itirib. Onlar xəstəxanaya aparılarkən yolda vəfat ediblər.
Zəncirvari qəzada daha 11 motosikletçi yaralanıb.