EN

İran ABŞ-nin ikinci dərəcəli sanksiyaları ehtimalına qarşı tədbirlər görüb

Tehran ABŞ-nin İran neftinin alıcılarına ikinci dərəcəli sanksiyalar tətbiq etməsi ehtimalına qarşı bütün zəruri tədbirləri görüb.

“Report”un məlumatına görə, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani brifinqdə bildirib.

"Biz zəruri tədbirlər görmüşük və hadisələrin bütün inkişaf ssenarilərinə hazırıq, bizim bütün ssenarilərimiz də tam hazırdır", - o qeyd edib.

ABŞ Prezidenti Donald Tramp may ayının əvvəlində İrandan neft və neft məhsullarının alıcılarını ikinci dərəcəli sanksiyalarla hədələyib və onlara "Vaşinqtonla biznes aparmağa icazə verilməyəcəyini" bildirib.

Chosen
0
report.az

1Sources