EN

BQXK-nın Bakıdakı nümayəndəliyi fəaliyyətini dayandırır

BAKI, 6 may. TELEQRAF

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti dayandırılır.

Teleqraf-ın eldə etdiyi xəbərə görə, prosesin iki ay ərzində tamamlanacağı bildirilir.

Qurumda olan bütün sənədlər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriləcək.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir.

Chosen
0
teleqraf.com

1Sources