İranda Təbrizin "Traktor" komandasının çempionluğu ilə bağlı paylaşımlar edən bir neçə qaşqay sosial media fəalı həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, Şiraz və Firuzabad şəhərlərində həbs edilən fəalların sosial media hesabları da bağlanıb.
Onlara qarşı irəli sürülən ittiham və harada saxlanıldıqları barədə məlumat əldə etmək mümkün olmayıb.