EN

Qoy ayağın yerə dəysin...

Ayaqyalın gəzmək həm fiziki, həm də ruhi sağlamlığa xeyirlidir. Mütəxəssislər bunun insana 6 faydasını açıqlayıblar:

1. Stressi azaldır:

– Torpaqla təmas bədəndə stress hormonlarının ifrazını tarazlaşdırmağa kömək edir. Bu zaman insanı özünü daha sakit, dinc və balanslı hiss edir.

2. Yuxu keyfiyyətini yaxşılaşdırır:

– Bəzi tədqiqatlar göstərir ki, yerdə tez-tez ayaqyalın gəzən insanların yuxusu normaldır. Bu, yuxusuzluq problemi olanlara daha faydalıdır.

3. İmmuniteti gücləndirir:

– Yerlə birbaşa təmas bədənə mənfi yüklü elektronları torpağa ötürməyə imkan verir. Bu, immunitet sisteminin daha balanslı olmasına kömək edir.

4. Bədəndəki elektromaqnit yükünü azaldır:

– Davamlı olaraq elektron cihazlardan istfadə edən şəxslərdə elektromaqnit yükü artır. Torpaqla təmas bu yükü bədəndən çıxarır.

5. Qan dövranını dəstəkləyir:

– Ayaqyalın gəzmək təkcə qan dövranını dəstəkləmir, həm də ayaqlardakı sinir uclarını stimullaşdıraraq gümrahlıq yaradır.

6. Hər gün 10 dəqiqə kifayətdir:

– Mütəxəssislər hesab edirlər ki, hər gün 10–30 dəqiqə ayaqyalın gəzmək kifayətdir. Bağda, parkda və ya təbiətdə qısa gəzintilər bu sadə, lakin təsirli üsuldan faydalanmaq imkanı yaradır.

Z.HÜSEYNLİ
XQ

Chosen
0
1
xalqqazeti.az

2Sources