EN

Sudanda PUA hücumundan sonra yanğın başlayıb

Sudanın şimal-şərqində yerləşən Port Sudan şəhərində bir neçə partlayış baş verib və yanğın başlayıb.

7News.Az "Al Jazeera” telekanalına istinadən xəbər verir ki, liman şəhəri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Yerli sakinlər bildiriblər ki, PUA zərbələri Çevik Dəstək Qüvvələri tərəfindən yanacaq anbarına, liman və aviabaza ətrafındakı əraziyə endirilib.

Sudanın rəsmi ordusu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı qarşıdurma 2023-cü ilin aprelində başlayıb. BMT-nin məlumatına görə, müharibənin getdiyi iki il ərzində 11,3 milyondan çox insan köçkün düşüb.
 
 
 

Chosen
0
1
7news.az

2Sources