
Belarusun baş naziri Aleksandr Turçin Azərbaycana səfəri çərçivəsində mayın 6-da Füzuli şəhərinə gəlib.
Reyting.az xəbər verir ki, Azərbaycanın baş naziri Əli Əsədov Aleksandr Turçini Füzuli Beynəlxalq Aeroportunda qarşılayıb.
Daha sonra A. Turçin azad olunduqdan sonra Füzuli rayonunda aparılan yenidənqurma və quruculuq işləri ilə tanış olub.