EN

Bu yay da hava yağışlı keçəcək? - AÇIQLAMA

Son zamanlar yağıntılarən çox olmasına səbəb bütün kainatın dövrilik qanunudur. Günəş sistemində çoxillik dövrilik qanunu var. Xəzər dənizi də həmin qanuna tabedir.

Bunu Far.Az-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev deyib.

"Əsas səbəb də budur ki, yağıntılı dövrdə səviyyə qalxır, quraqlıq dövrdə enir. Bu hardasa 40-45 illər ərzində baş tutur. Xəzər artıq maksimal dərəcədə quruyub, səviyyəsi düşüb. Beləliklə Azərbaycanda yağıntılı dövr başlayıb. Bundan sonra yavaş-yavaş Xəzər dənizinin səviyyəsi qalxmağa başlayacaq. Dənizdə üzə çıxan torpaqlar tədricən su ilə örtüləcək. Bu da təqribən 35-40 il çəkəcək". 

Ekspertin sözlərinə görə, yazın sərin keçməsi normal haldır. 

"Havaların isinməsi ilə bağlı onu deyə bilərəm ki, burada çoxillik göstəricilərlə azmaz fərq var. İl olurdu ki, yanvar-fevral aylarında Bakı və Sumqayıta bir damla belə yağıntı düşmürdü. İndi isə bol yağıntılı dövrdür. Yayın ömrü qısalmayıb, 3 aydır. Azərbaycan ərazisində yazın axırı ilə yayın əvvəli yağıntılar dövrüdür. Bu dövr çoxillik qanunauyğunluqlara xəyanət etməsə yenə də təkrarlanacaq", deyə ekspert vurğulayıb.

Chosen
0
1
far.az

2Sources