EN

Bakının ən yaxşı məktəbləri - Siyahı açıqlandı

12:47 06.05.2025
12:47 06.05.2025

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib.

Mynews.az xəbər verir ki, bu barədə modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumatında bildirlib.

Rəsmi məlumata görə, ötənilki qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 50.44%-dir.

Qəbul imtahanlarında 315 məktəbin məzunları iştirak edib. 

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakı şəhərinin aşağıdakı təhsil ocaqlarının adları düşüb:

İ.Əfəndiyev adına "Elitar" gimnaziya, 160 saylı klassik gimnaziya;

Humanitar fənlər təmayüllü məktəb-lisey;

Texniki humanitar lisey;

2 saylı texniki-humanitar lisey;

147 saylı texniki-humanitar təmayüllü lisey;

İ.Hacıyev adına "Tərəqqi" liseyi;

"Zəngi" liseyi;

291 saylı Ekologiya liseyi;

287 saylı "Zəkalar" liseyi;

"Ankara Məktəbi" məktəb-liseyi;

62 saylı məktəb-lisey;

70 saylı məktəb-lisey;

220 aylı məktəb-lisey;

145 saylı tam orta məktəb;

161 saylı tam orta məktəb;

260 saylı tam orta məktəb.


Chosen
0
16
mynews.az

10Sources