Merç Almaniya kansleri seçilmək üçün lazımi sayda səs toplaya bilmir
Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Almaniya kansleri seçilmək üçün lazımi səsləri toplaya bilməyib.
TASS xəbər verir ki, bu barədə parlamentin spikeri Yuliya Kloekner bildirib.
Merzin lehinə 310 deputatın səs verdiyi, lazımi səs sayının isə 316 olduğu qeyd edilir.
ZDF daha əvvəl bildirmişdi ki, almanların 40%-dən az hissəsi Merzin kanslerliyə namizədliyini dəstəkləyir.
N-TV əlavə edib ki, Boris Pistorius yeni hökumətdə Almaniyanın müdafiə naziri olaraq qalacaq.