BAKI, 6 may. TELEQRAF
Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, mayın 6-da səhər saat 07 radələrində orta yaşlı şəxs özünü Yeni Günəşli qəsəbəsi V yaşayış massivi bina 13-ün 11-ci mərtəbəsindən atıb.
Yerə çırpılan şəxs hadisə yerində vəfat edib.
İlkin araşdırmalarla ölən şəxsin 1991-ci il təvəllüdlü Xəyal Salman oğlu Hüseynov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.