EN

Bu xəstəlikləriniz varsa QƏHVƏ İÇMƏYİN

Dietoloq və qastroenteroloq Nuriya Dianova bildirib ki, bəzi xəstəliklər zamanı qəhvənin istifadəsi məhdudlaşdırılmalı və ya tamamilə dayandırılmalıdır.

News24.az xəbər verir ki, həkimin sözlərinə görə, qastrit və mədə xorası zamanı qəhvə mədə selikli qişasını qıcıqlandırır və iltihabı ağırlaşdırır. 

Reflüks xəstəliyi olan şəxslərdə isə qəhvə yanğı hissi kimi simptomların tezliyini və şiddətini artırır. İrritabl bağırsaq sindromu olanlar da qəhvədən uzaq durmalıdır, çünki bu, spazm və ishalı tətikləyə bilər.

Pankreatit zamanı da qəhvə məsləhət görülmür, çünki bu içki mədəaltı vəzinin sekretor fəaliyyətini stimullaşdırır ki, bu da iltihab zamanı zərərlidir.

Kofenin sidikqovucu təsiri səbəbindən sidikdə kalsium konsentrasiyası artır və bu da böyrək və öd daşı əmələ gəlməsi riskini yüksəldir. Həmçinin, qəhvə öd kisəsinin yığılmasını stimullaşdırır və öd daşı xəstəliyi olanlarda öd sancısı yarada bilər.

Kron xəstəliyi və yaranı kolit zamanı da qəhvə vəziyyəti pisləşdirə bilər. Həmçinin Qilber sindromu (bilirubin mübadiləsinin genetik pozğunluğu) olanlarda qəhvə ilə dərman preparatları arasında qaraciyər fermentlərinin istifadəsində rəqabət yarana bilər ki, bu da dərmanların təsirinə mənfi təsir edə bilər.


Məryəm İlhamqızı


Chosen
0
1
news24.az

2Sources