“İran Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini dəstəkləyir”.
Missiya.Az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Bakıda keçirilən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin iclasında çıxışı zamanı deyib:
O bildirib ki, bu amilin İran və Azərbaycan Prezidentlərinin təşəbbüsü əsasında reallaşması mümkündür:
“İnanıram ki, bu məsələ hər iki tərəfin münasibətlərində öz əksini tapacaq”, - deyə siyasətçi vurğulayıb.
Xətibzadə Azərbaycanın İrandakı səfirliyinə hücum edən cinayətkarın hökmünün icrasının yubadılması ilə bağlı deyib:
“İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır”, - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az