EN

Bu il 7 minə yaxın şəxsi İT DİŞLƏYİB – Quduzluğa yoluxan isə... – RƏSMİ

Hər gün küçə itlərinin uşaqları, yaxud yetkin insanları dişləməsi haqda xəbərlər alırıq.

Onların əksəriyyəti aldıqları xəsarətlə bağlı tibb müəssisəsinə müraciət ediblər.

Bəs, bu ilin  ötən dövrü ərzində neçə nəfəri it dişləyib və onlar arasında quduzluğa yoluxan olubmu?

Bizim.Media-nın bu haqdakı sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər ki, 2025-ci ilin ötən dövrü ərzində ölkə üzrə heyvan dişləməsinə məruz qalanların sayı 9288 nəfər olub:

"Onlardan 6938 nəfərini it dişləyib. Bu, qeydə alınan ümumi hadisələrin 74,7 %-ni təşkil edir".

Qurumdan o da bildirilib ki, heyvanlar tərəfindən xəsarət alan insanlar arasında quduzluq xəstəliyi qeydə alınmayıb.

Rəna Cumaqızı, Bizim.Media

 

 

 

Chosen
0
bizim.media

1Sources