EN

İqlim dəyişikliyinin “qatil”ə çevirdiyi bitki: Üç qitəni cənginə alır

BAKI, 6 may. TELEQRAF

İqlim dəyişikliyi ilə bağlı yeni araşdırmaya görə, ölümcül bir göbələk temperatur yüksəldikcə Avropanın yeni bölgələrində yayılmağa başlayacaq.

Teleqraf xəbər verir ki, ağciyər və tənəffüs problemlərinə səbəb ola bilən asperqillus göbələyinin temperaturun yüksəlməsi səbəbiylə Avropa, Asiya və Amerikanın şimal ölkələrində yayılması ilə ildə milyonlarla insana bulaşa biləcəyi deyilir.

Tədqiqatın həmmüəllifi, Böyük Britaniyanın Mançester Universitetinin tədqiqatçısı Norman van Reyn müxtəlif mühitlərdə, o cümlədən evlərdə inkişaf edən göbələk patogenlərinin artması ilə dünyanın dönüş nöqtəsinə yaxınlaşdığını deyir.

Reyn göbələk infeksiyalarının hər il dünyada milyonlarla insanın ölümünə səbəb olan faktor olduğunu bildirir.

Asperqillusların səbəb olduğu və digər insanlara da yoluxa bilən ağciyər xəstəliyi də bunlardan biridir.

Van Reyn “Financial Times”a (FT) söyləyib:

“Söhbət yüz minlərlə həyatdan və növlərin paylanmasında kontinental yerdəyişmələrdən gedir. 50 ildən sonra harada nəyin yetişəcəyi və hansı xəstəliklərə tutulacağınız tamamilə dəyişəcək”.

Həmçinin müsbət faydaları da olan asperqillus sənaye və qida istehsalında istifadə olunur. Bu bitki hər kəsi xəstələndirmir, ancaq ölümcül göbələk xüsusilə astma, kistik fibroz və ya zəifləmiş immunitet sistemi kimi xəstəlikləri olanlar üçün təhlükə yarada bilir.

FT-yə görə, asperqillus fumiqatus dünyada qalıq yanacaqlardan çox istifadə edilməsi nəticəsində 2100-cü ilə qədər dünyanın əlavə 77 faizinə yayıla bilər. Bu da potensial olaraq Avropada 9 milyon insanı yoluxdura bilər.

Bu növ yüksək temperaturda sürətlə inkişaf edir, bu da onun insan bədəninin 37 dərəcəlik temperaturunda niyə inkişaf etdiyini sübut edir.

Göbələyin başqa bir növü asperqillus əsasən əkin sahələrində yaşayır, 2100-cü ilə qədər Şimali Çin, Rusiya, Skandinaviya və Alyaskanın (ABŞ) 16 faizinə yayıla bilər. Afrika ölkələri və Braziliyada da bəzi əraziləri yaşayış üçün yararsız hala salaraq yerli ekosistemlərə zərər verə bilər.

London İmperial Kollecinin professoru Darius Armstronq-Ceyms vurğulayır:

“Bu orqanizm həm insan sağlamlığına, həm də qida təhlükəsizliyinə ciddi təhlükə yaradır”.

Chosen
0
1
teleqraf.com

2Sources