EN

Azərbaycan millisinin üzvü Rusiyada rəmzi komandaya seçildi

Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Rusiyada uğurlu çıxışını davam etdirir.

Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında 8-ci turun rəmzi komandasına seçilib.

Operativ Media xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

“Zenit”in formasını geyinən müdafiəçi 8-ci turda “Rubin”lə matçdan (2:0) sonra fərqləndirilib.

“Zenit” ölkə çempionatında 8 turdan sonra 17 xalla 13 komanda arasında üçüncü pillədə qərarlaşıb.

Chosen
0
6
operativmedia.az

10Sources