Millimizin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında 8-ci turun rəmzi komandasına seçilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb. "Zenit"in formasını geyən müdafiəçi 8-ci turda "Rubin"lə matçdan (2:0) sonra fərqləndirilib.
Qeyd edək ki, "Zenit" ölkə çempionatında 8 turdan sonra 17 xalla 13 komanda arasında üçüncü pillədə qərarlaşıb.