EN

Nigar Mirzəliyeva Rusiyada rəmzi komandaya seçildi

Millimizin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında 8-ci turun rəmzi komandasına seçilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb. "Zenit"in formasını geyən müdafiəçi 8-ci turda "Rubin"lə matçdan (2:0) sonra fərqləndirilib.

Qeyd edək ki, "Zenit" ölkə çempionatında 8 turdan sonra 17 xalla 13 komanda arasında üçüncü pillədə qərarlaşıb.

Chosen
0
6
football-plus.az

10Sources