EN

Bakıda faciəli hadisə : Həyatını itirən və yaralı var

11:43 06.05.2025
11:43 06.05.2025

Bakıda minik avtomobili "KamAz" markalı yük avtomobili ilə toqquşub.

Mynews.az xəbər verir ki, hadisə mayın 3-də Qaradağ rayon ərazisində qeydə alınıb

1989-cu il təvəllüdlü İsmayılov Elçin Rasif oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə 1990-cı il təvəllüdlü Kəlpəliyev Anar Həmidağa oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobili toqquşub.

Nəticədə “Toyota Prius” markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü E.İsmayılov və həmin maşında olan sərnişinlər - 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Chosen
0
23
mynews.az

10Sources