ABŞ prezidenti Donald Trampın administrasiyası Kolumbiya Universitetinə universitet üzərində dövlət nəzarətinə razılıq vermək imkanı təklif edib.
“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır ki, “Tramp administrasiyası Kolumbiya Universitetinə universitetin razılaşmaya əməl etməsini təmin etmək üçün hakimə səlahiyyət verən hökumət nəzarəti forması olan nizamlanma təklifi təqdim edib”.
Qeyd olunur ki, təhsil müəssisəsi bundan imtina edərsə, mübahisə məhkəməyə gedəcək.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ hakimiyyəti Harvardı maliyyələşdirməyi dayandırır.
Bloomberg daha əvvəl məlumat vermişdi ki, Harvard Universitetinin professorları ABŞ prezidenti Donald Tramp administrasiyasına universitetin maliyyələşdirilməsinə 9 milyard dollarlıq yenidən baxılması planlarına görə məhkəməyə müraciət ediblər.