Hər bir məhsulun 50 milyon istifadəçi qazanması üçün bəzən uzun illər bəzən isə bir neçə ay lazım olur.
İndex.az xəbər verir ki, “World of Statistics”in hazırladığı siyahıya görə, aviaşirkətlər bu istifadəçi sayına ortalama 68 ildə çatarkən, məhşur sosial platformalar bunu cəmi 2-3 ildə bacarıb.
İndex.az qeyd edilən siyahını sizə təqdim edir:
Aviaşirkətlər: 68 il
Maşınlar: 62 il
Telefonlar: 50 il
Kredit kartı: 28 il
TV: 22 il
Kompüterlər: 14 il
İnternet: 7 il
PayPal: 5 il
YouTube: 4 il
Facebook: 3 il
Twitter: 2 il
WeChat: 1 il