Xəbər verdiyimiz kimi, mayın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə görüşüb.
Görüşdə Əli Əsədov Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə A.Turçini təbrik edib, rəhbərlik etdiyi hökumətə uğurlar arzulayıb.
Bizim.Media xəbər verir ki, hökumət başçıları təkbətək söhbət əsnasında Azərbaycan-Belarus iqtisadi-ticarət əməkdaşlığının cari məsələlərini müzakirə ediblər. Sonra Baş nazirlər danışıqları iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdiriblər.
Görüşdə Aleksandr Turçinin “Mən ən çox Azərbaycan pomidoru alıram” sözləri marağa səbəb olub.
Həmin görüntüləri diqqətinizə çatdırırıq:
Bizim.Media