EN

Azərbaycanlı stolüstü tennisçi Avropa çempionatına qatılacaq

BAKI, 6 may. TELEQRAF

Slovakiyanın paytaxtı Bratislavada 21 yaşadək solüstü tennisçilərin Avropa çempionatı keçiriləcək.

Teleqraf xəbər verir ki, reytinq əsasında keçirilən yarışda Azərbaycanı Aylin Əsgərova təmsil edəcək.

Seçmə komandanın üzvü və məşqçi Səbinə Əzizli bu gün Bratislavaya yola düşüb.

Qeyd edək ki, Avropa çempionatı mayın 7-11-də təşkil olunacaq.

Chosen
0
teleqraf.com

1Sources