"Football-plus.az" xəbər verir ki, artıq növbəti mərhələnin bəzi cütləri də məlumdu. Aprelin 30-da “Nyu-Cersi”ni növbəti dəfə məğlub edən “Karolina” seriyanı 4:1 öndə bitirdi. Ertəsi bu komandanın rəqibi də müəyyənləşdi. “Vaşinqton” da “Monreal”ı eyni hesabla məğlub etdi. Paytaxt klubu Stenli kubokunu qazandığı 2018-ci ildən bəri ilk dəfə pley-offun 2-ci mərhələsinə vəsiqə qazandı. “Kepitalz” bu müddətdə 5 dəfə çıxışını pley-offun ilk mərhələsində başa vurub, 2022/23 mövsümündə, ümumiyyətlə, pley-offa çıxmayıb. Beləliklə, Beləliklə, Şərq konfransında ilk yarımfinal cütünü “Karolina” ilə “Vaşinqton” təşkil etdi. Digər yarımfinalda isə “Florida” ilə “Toronto” münasibətləri aydınlaşdıracaq.
“Minnesota”nın qolkiperi Mark-Andre Fleri bir başqa göstəricidə rekord müəyyənləşdirdi. 40 yaşlı kanadalı komandasının “Veqas”a uduzduğu (2:3 ОТ) oyunda meydana çıxmağa məcbur oldu. Belə ki, “Minnesota”nın əsas qapıçısı Filip Qustavsson xəstəlik üzündən 3-cü periodda əvəzlənməli oldu. Fleri karyerası ərzində 18-ci mövsümdəStenli kubokunun oyununa çıxdı. O, 17 pley-off mövsümündə qapıda dayanan Martin Brodo ilə Patrik Ruanı arxada qoymaqla qapıçılar arasında MHL rekordçusu oldu. Kanadalı ulduzun bu mövsümün ardından karyerasını bitirəcəyini də xatırladaq.
Bu arada “Vankuver”in düşərgəsindən gözlənilən xəbər gəlib. Klub rəsmi saytı vasitəsi ilə Rik Tokketin baş məşqçi vəzifəsindən göndərildiyini açıqlayıb:
“Sağ ol, Tok! Komandanı ehtirasla irəli apardız, əməyinizə görə minnətdarıq. Növbəti işinizdə sizə hər şeyin ən yaxşısını arzulayırıq”.
Tokket 2022/23 mövsümünün ortalarında “Kenaks”ın “sükanı arxasına” keçmişdi. Həmin mövsüm 50 oyunda iş başında olan mütəxəssis komandanı pley-offa çıxarmışdı. Bu mövsüm isə Qərb konfransında 10-cu yeri tutan “Vankuver” Stenli kuboku uğrunda mübarizəni davam etdirə bilməyib.
Dünən daha üç seriyada mübarizə başa çatdı. “Minnesota” ilə seriyadan qalib ayrılan “Veqas” Qərb konfransının yarımfinalında “Los-Anceles”i mübarizədən kənarlaşdıran “Edmonton”la qarşılaşacaq. Qərb konfransında 2-ci yarımfinal cütü hələ bəlli deyil. “Vinnipeq” “Sent-Luis”lə seriyada 3:2 öndədi, “Dallas” – “Kolorado” seriyasında isə qalib 7-ci oyunda müəyyənləşəcək.
Dünənki “Ottava” – “Toronto” oyunu ilə bağlı bir maraqlı məqam var. Qonaqların forvardı Oston Mettyus pley-offda 25-ci qolunu vurdu. 27 yaşlı amerikalı bu göstəricidə klubun snayperləri siyahısında 7-ci pilləyə yüksəldi. “Toronto”nun pley-offda qol sayına görə rekordçusu Uendell Klarkdı (34).
29 aprel
Florida – Tampa-Bey 4:2 (0:0, 1:2, 3:0)
Seriyada hesab – 3:1.
Dallas – Kolorado 6:2 (2:0, 3:2, 1:0)
Seriyada hesab – 3:2.
30 aprel
Toronto – Ottava 0:4 (0:0, 0:1, 0:3)
Seriyada hesab – 3:2.
Karolina – Nyu-Cersi 5:4 2ОТ (0:3, 4:1, 0:0, 1:0)
Seriyada hesab – 4:1.
Veqas – Minnesota 3:2 ОТ (2:1, 0:0, 0:1, 1:0)
Seriyada hesab – 3:2.
Los-Anceles – Edmonton 1:3 (0:0, 1:1, 0:2)
Seriyada hesab – 2:3.
1 may
Vaşinqton – Monreal 4:1 (2:0, 1:0, 1:1)
Seriyada hesab – 4:1.
Tampa-Bey – Florida 3:6 (2:2, 1:2, 0:2)
Seriyada hesab – 1:4.
Vinnipeq – Sent-Luis 5:3 (2:1, 2:1, 1:1)
Seriyada hesab – 3:2.
2 may
Ottava – Toronto 2:4 (0:1, 1:1, 1:2)
Seriyada hesab – 2:4.
Minnesota – Veqas 2:3 (1:1, 0:1, 1:1)
Seriyada hesab – 2:4.
Kolorado – Dallas 7:4 (2:0, 1:4, 4:0)
Seriyada hesab – 3:3.
Edmonton – Los-Anceles 6:4 (3:2, 2:1, 1:1)
Seriyada hesab – 4:2.