EN

Dünyada ilk dəfə olaraq həkimlər kişiyə yad sperma köçürdülər

Dünyada ilk dəfə olaraq həkimlər kişiyə

Amerikalı həkimlər dünyada ilk dəfə olaraq kişiyə sperma kök hüceyrəsi transplantasiyası həyata keçiriblər. Bu eksperimental əməliyyat sonsuzluqla mübarizədə gələcək üçün böyük ümid yaradır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, əməliyyat 11 yaşında sümük xərçəngi diaqnozu qoyulan Caven Sue üzərində aparılıb. Müalicədən əvvəl onun xaya toxuması götürülüb və oradakı sperma kök hüceyrələri dondurulub. 2023-cü ildə, 15 il sonra bu hüceyrələr yenidən xayaya yeridilib.

Əgər prosedur uğurlu alınsa, bu hüceyrələr sperma istehsalını bərpa edə bilər. Lakin təbii mayalanma üçün kifayət etməyəcəyi ehtimal olunur və süni mayalanma yenə də lazım olacaq.

Sonsuzluq artır – səbəblər və çıxış yolları

Kişilərdə sperma keyfiyyəti son illərdə ciddi şəkildə azalıb. 2017-ci ildə aparılan araşdırma 1973-cü ildən bu yana sperma sayının 60% azaldığını ortaya çıxarıb. Sonsuzluğun səbəbləri arasında hormonal pozğunluqlar, şəkərli diabet, genetik və otoimmün xəstəliklər, varikosel və bəzən də heç bir aydın səbəb olmadan ortaya çıxan hallar var.

Uroloqlar bildirir ki, həyat tərzi bu məsələdə önəmlidir: düzgün qidalanma, fiziki aktivlik, çəkiyə nəzarət, spirt və tütün istifadəsindən uzaq durmaq sperma keyfiyyətini yaxşılaşdıra bilər. Həmçinin isti vannalar və qızdırılan oturacaqlar da mənfi təsir göstərir.

Bununla belə, bəzi mütəxəssislər hesab edir ki, bu yanaşmalar kifayət deyil və kişi məhsuldarlığını artıracaq effektiv dərmanların hazırlanması əsas hədəf olmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
0
1
e-saglam.az

2Sources