EN

Rüşvət almaqda təqsirləndirilən məhkəmə hakimi barədə qərar verilib

Külli miqdarda rüşvət almada təqsirləndirilən Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report"un məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, keçmiş hakim Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında E.Əhmədov şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Chosen
0
9
report.az

10Sources