EN

KOBİA "Belarus Universal Əmtəə Birjası" ilə Anlaşma Memorandumu imzaladı

BAKI, 6 may. TELEQRAF

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Belarus Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Belarus Universal Əmtəə Birjası" ASC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan Teleqraf-a verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Belarus Universal Əmtəə Birjası" ASC-nin İdarə Heyətinin sədri Aleksandr Osmolovski imzalayıblar.

Memorandumda Azərbaycan və Belarusun KOB subyektləri arasında ticarət sahəsində əlaqələrin inkişafına dəstək, qarşılıqlı olaraq ixtisaslaşmış beynəlxalq sərgi və digər tədbirlər barədə informasiya və təcrübə mübadiləsi, Belarus və Azərbaycan şirkətlərinin iştirakı ilə birgə tədbir və təlimlərin təşkili kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.

Forumdakı çıxışında isə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə KOB-ların inkişafı, bu sahədə tətbiq olunan dəstək mexanizmləri, eləcə də hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq imkanları və əlaqələrin genişləndirilməsinə Agentliyin göstərə biləcəyi dəstək barədə məlumat verib.

Tədbirdə hər iki ölkədən rəsmilər, kənd təsərrüfatı, sənaye, logistika, tikinti, ticarət və digər sahələrdə fəaliyyət göstərən 110-dan çox sahibkar iştirak edib.

Chosen
0
2
teleqraf.com

3Sources